Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının üçüncü günündə mübarizəyə qoşulan qadın idmançılarımızdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, 48, 55, 60 və 69 kq çəkidə yarışan Azərbaycan idmançıları ilk görüşdə uduzublar. Üstəlik, təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edə bilməyiblər.
Çəki dərəcələrinə müvafiq olaraq, Türkan Nəsirova Kseniya Stankeviçə (Belarus) 2:10, Solmaz Həşimzadə İrina Kuraçkinaya (Belarus) 0:11, Tatyana Omelçenko Oksana Herhelə (Ukrayna) 3:6, Elis Manolova isə Dalma Canevaya (İtaliya) 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatının ilk iki gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl və 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. Ertəsi isə Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub.