1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qran Pri Azərbaycan cüdoçuları üçün uğursuz başladı - YENİLƏNDİ
Gürcüstanın paytaxtı Tbilisidə start götürən Qran Prinin ilk günü cüdo üzrə Azərbaycan milli komandası üçün uğursuz alınıb.
Sportnet.az-ın məlumatına görə, mübarizəyə qoşulan 4 kişi və 3 qadın idmançıdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Ən yaxşı nəticəni Mehman Sadıqovla (60 kq) Orxan Hacıağalı (66 kq) göstərib. Onlar təsəlliverici görüşdə uduzmaqla, 7-ci yeri tutublar.
Sahib Əsgərov (60 kq), Tərlan Kərimov (66 kq), Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq) və Səkinə Zayirova (57 kq) isə ilk görüşdə məğlub olublar.
Qeyd edək ki, Azərbaycan yığması 3 gün davam edəcək Qran Pridə 16 idmançı ilə təmsil olunur.
Kişilər
60 kq
1/16 final. Neil Makdonal (Böyük Britaniya) - Sahib Əsgərov
60 kq
Təsəlliverici görüş. Felipe Pelim (Braziliya) - Mehman Sadıqov
1/4 final. Amiran Papinaşvili - Mehman Sadıqov
1/8 final. Amartuvşin Bayaraa - Mehman Sadıqov
1/16 final. Doniyor Sultanbayev (Qazaxıstan) - Mehman Sadıqov
66 kq
1/16 final. Gevorq Xaçatryan (Ukrayna) - Tərlan Kərimov
66 kq
Təsəlliverici görüş. Orxan Hacıağalı - Matej Polyak (Slovakiya)
1/4 final. Tumurxuleq Davaadorj (Monqolustan) - Orxan Hacıağalı
1/8 final. Orxan Hacıağalı - Hassem Nourizade (İrlandiya)
1/16 final. Georgi Zantaraya (Ukrayna) - Orxan Hacıağalı
Qadınlar
48 kq
1/8 final. Leyla Əliyeva - Joana Dieqo (Portuqaliya)
52 kq
1/8 final. Kelli Edvardsa (Böyük Britaniya) - Nəzakət Əzizova
57 kq
1/8 final. İvelina İliyeva (Bolqarıstan) - Səkinə Zayirova