
Azərbaycan Milli Karate Federasiyasının getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq idmançıların məsul beynəlxalq yarışlarda nəticələrinə də təsir göstərməkdədir.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Türkiyənin İstanbul şəhərində Dünya Karate Federasiyasının nüfuzlu turnirləindən olan Karate 1 liqasının A seriyasında böyük heyətlə iştirak edən Azərbaycan yığması 2 bürünc medalla kifayətlənməli olub. Gənclər və böyüklərdən ibarət seçmə komandalarnın bir çox üzvündən yalnız Rafael Ağayevlə (75 kq), İrina Zaretska (68 kq) A liqasının 3-cü pilləsini tutub. 12-ci İstanbul Open turnirində 72 ölkədən 1134 karateçi mübarizə aparıb.
Qarşıda yeniyetmə və gəncləri oktyabrın son günləri İspaniyada dünya çempionatı gözləyir. Dünya çempionatı 2018-ci ilin yayında Argentinada Yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran üç rəsmi yarışdan ikincisidir. Hazırlıqlar üçün ciddi çətinliklər olsa da, təlim-məşq toplanışı davam edir.