1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığma üzvlərindən asan qələbə
Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 39 komandanın iştirakı ilə 200-dən artıq idmançının qatıldığı yarışın ikinci günündə 41 döyüş olub.
Sportnet.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində 1/16, 56 kq, 60 kq, 81 kq və +91 kq çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Çempionatın ikinci günü də Azərbaycan millisinin üzvləri asan qələbə qazanıblar.
Yığmamızın aparıcı boksçularından İslam Həmrəyliyi Oyunlarının mükafatçıları Tayfur Əliyevlə (56 kq) Rauf Rəhimov (81 kq), dünya çempionumuz Cavid Çələbiyev (60 kq) adlarını 1/4 finala yazdırıblar.
Həmçinin gənclər komandasından böyüklərə yeni gələn Avropa birinciliyinin qalibi Məhəmməd Abdullayev (+91 kq) də rinqdən qalib kimi ayrılıb.
Çempionatın III günü 32 qarşılaşma təşkil olunacaq. Döyüşlərə saat 14:00-da start veriləcək.