1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zədəli güləşçimizin olmaması sevindiricidir"
"Hazırlıq prosesi plan üzrə gedir. Hər şey qaydasındadır. Zədəli güləşçimizin olmaması sevindiricidir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışı barədə danışarkən deyib.
O, müxtəlif yığmalarla birgə hazırlıq prosesi keçdiklərini sözlərinə əlavə edib: "Minskdə Belarus, Latviya və Hindistan yığmaları ilə birgə toplanış keçirik. Aleksandr Medvedin mükafatı uğrunda turnirdən sonra Vətənə qayıdacağıq. Bir müddət Bakıda hazırlıq keçdikdən sonra dünya çempionatı ərəfəsində son təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacağıq. Orada yerli komanda ilə yanaşı, Rumıniya və Hindistanın da iştirakı ilə birgə toplanış baş tutacaq. Macarıstana da Türkiyədən səfər edəcəyik”.
Qeyd edək ki, Minskdəki turnir 14 - 16 sentyabrda təşkil olunacaq.