
Azərbaycan sablyaçısı Cavanşir Ağakişiyev İranın paytaxtı Tehranda gənclər arasında keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qrupdakı 6 görüşündən 4-də qalib gələn Ağakişiyev 1/16 finalda Qazaxıstan təmsilçisi Bakdaulet Kuralbekulini 15:11 hesabı ilə məğlub edib. 1/8 finalda türkiyəli Umut Kaya üzərində 15:9 hesblı qələbə qazanan sablyaçı 1/4 finalda Honkonq idmançısı Zau Jia Jin Kelvin Reylə görüşdən qalib ayrılıb - 15:14. Yarımfinala yüksəlməklə Dünya Kubokunun bürünc medalını təmin edən qılıncoynadan finala gedən yolda belaruslu Maksim Pinçuka yenilib - 13:15.