
Azərbaycanın qadın güləşçiləri mayın 23-də İtaliyanın Sassari şəhərində start götürəcək Matteo Pellikone Memorialında mübarizə aparacaqlar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək turnirə 3 xanım pəhləvan yollanıb. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaq.
Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
Qeyd edək ki, Avropa çempionatında Manolova qızıl, Kolesnik, Qəmbərova və Omelçenko isə bürünc medal götürüb.