“İkisi də layiqli rəqib idi. Bu gün Sədullayev daha güclü idi və layiqli qələbə qazandı”.
Sportnet.az xəbər verir ki, bunu “Report”un Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşına müsahibəsində Rusiya sərbəst güləş millisinin baş məşqçisi Campolat Tedeyev 97 kq çəki dərəcəsində Abdulrəşid Sədullayevlə Şərif Şərifov arasındakı final görüşünü şərh edərkən deyib. Təcrübəli mütəxəssis Sədullayevin titulları və imicinin Şərifov üzərində təzyiq yaratmadığını biıdirib: “Onlar bir-birilərini çoxdan tanıyırlar. Hər birisinin özünəməxsus nailiyyətləri var. Bu gün kim güclü idisə, o da qələbə qazandı”.
Tedeyev Azərbaycan yığmasının məşqçisi olsaydınız, Şərifovun döyüş taktikasında nəyi dəyişərdiniz?” sualını isə belə cavablandırıb: “Gəlin, bu barədə fikir yütüyməyək. Şərifin yaxşı məşqçiləri var, hələ irəlidə görüşləri çox olacaq. O zamanadək Şərifovun yeni-yeni nailiyyətlərə imza atacağına inanıram".