
Dünya Güləş Birliyinin (UWW) "Instagram" səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış davam edir.
Sportnet.az-ın məlumatına görə, onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/4 finalda italiyalı rəqibi Frank Çamizoya qalib gələrək yarlmfinala adlayıb.
29 yaşlı idmançı finala yüksəlmək üçün ABŞ-ın 74 kq-da olimpiya və dünya çempionu Cordan Barrouza qalib gəlməlidir. Səsvermədə hələ ki Əliyev öndədir.
Qeyd edək ki, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.