
Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala çıxmaq şansını əldən verib.
Sortnet.az-ın məlumatına görə, yarımfinalda belaruslu Aleksandr Xuştinlə üz-üzə gələn Şamil Zubairov (97 kq) 0:8 hesabı ilə uduzub.
O, sabah bürünc medal qarşılaşmasına çıxacaq. Zubairovla yanaşı, Hacı Əliyev (65 kq) və Rəşad Yusifli (79 kq) də 3-cü yer uğrunda güləşəcək.
-----------------------------------------------------------
Azərbaycanın sərbət güləşçisi Hacı Əliyev (65 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Macarıstan təmsilçisi İsmayıl Musukayevə uduzaraq, qızıl medal qazanmaq şansını əldən verib.
Əliyev sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
------------------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 61 kq-da mübarizə aparan idmançı tacikistanlı Muhamad İkromovla qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Qvarzatilov adını finala yazdırıb.
-------------------------------------------------------------
Azərbaycanın 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, bunlar Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq) və Şamil Zubairovdur (97 kq).
Qvarzatilov Arman Eloyanı (Fransa) və Georgi Vangelovu (Bolqarıstan) məğlub edib . O, yarımfinalda tacikistanlı Muhamad İkromovla üz-üzə gələcək.
3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Hacımurad Rəşidov (Rusiya) və Ernazar Akmataliyevdən (Qırğızıstan) üstün olub. Təcribəli idmançı finala gedən yolda Macarıstan təmsilçisi İsmayıl Musukayevin müqavimətini qırmağa çalışacaq.
Yarışa 1/4 finaldan start verən Şamil Zubairov moldovalı Samhan Cəbrayılova qalib gəlib və yarımfinalda Aleksandr Xuştinə (Balarus) rəqib olub.
Rəşad Yusifli (79 kq) təsnifat mərhələsində, Abubakr Abakarov (86 kq) isə 1/8 finalda uduzub. Onlar rəqibləri finala yüksələcəyi təqdirdə təsəlliverici görüşə qatılacaqlar.
Qeyd edək ki, bu çəkilər üzrə yarımfinal qarşılaşmaları bu gün axşam seansında, finallar isə sabah gerçəkləşəcək
Bu gün həmçinin Hacımurad Məhəmmədsəidov (92 kq) bürünc medal uğrunda görüşdə Erhan Yaylacı (Türkiyə), Gitinoməhəmməd Hacıyev (70 kq) İslambek Orozbekov (Qırğızıstan) ilə, Camaləddin Məhəmmədov (125 kq) isə Ayaal Lazarev (Qırğızıstan) ilə üz-üzə gəlib. Hər 3 idmançı uduzaraq, medal şansını əldən verib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (TJK) - 8:1
Final: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (Rusiya)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (HUN) - 6:7
Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (Fransa) / Niurqun Skriabin (Belarus) cütünün qalibi
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (Rumıniya)
86 kq
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP) 0:10
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (BLR)- 0:8
Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (Bolqarıstan)
Medal üçün mübarizə aparanlar
70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev - Mohammed Abdulkərim (Küveyt) 10:0
1/4 final: Gitinoməhəmməd Hacıyev - Haydar Yavuz (Türkiyə) 0:6
Təsəlliverici görüş: Gitinoməhəmməd Hacıyev - Georgi Bukur (Rumıniya) - 8:0
Bürünc medal görüşü: Gitinoməhəmməd Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) - 5:6
92 kq
Təsnifat: Hacımurad Məhəmmədsəidov - Strahinya Despiç (Serbiya) 11:0
1/4 final: Hacımurad Məhəmmədsəidov - Alexandro Pankorbo (İspaniya) 5:2
1/2 final: Hacımurad Məhəmmədsəidov - Georgi Rubayev (Moldova) 5:5*
Bürünc medal görüşü: Hacımurad Məhəmmədsəidov - Erhan Yaylacı (Türkiyə) - 2:4
125 kq
1/8 final: Camaləddin Məhəmmədov - Oktay Güngör (Türkiyə) 4:2
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (Polşa) 0:4
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Katriel Muriel (Argentina) - 10:0
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Ayaal Lazarev (Qırğızıstan) - 0:9