Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib.
Nümayəndəlikdən Sportnet.az-a verilən məlumata görə, iclasda respublikanın bir sıra bölgələrindəki təmsilçilər iştirak edib. WSF-nin vitse-prezidenti Yaşar Bəşirov 2020-ci ildə pandemiya səbəbindən baş tutmayan tədbirlər barədə danışıb. Yığıncaqda həmçinin 2021-ci il təqvim planında nəzərdə tutulan yarış və tədbirlərlə bağlı məlumat verilib.
Qeyd edilib ki, WSF-nin Dünya Kubokunun mayda Naxçıvan şəhərində, Avropa çempionatının isə oktyabrda Bakıda təşkil edilməsi planlaşdırılır. Bildirilib ki, ölkəmizdə kütləvi idman tədbirlərinin təşkilinə icazə verilərsə bu nüfuzlu yarışlar baş tuta bilər.
5 qitədə fəaliyyət göstərən nüfuzlu WSF təşkilatına 196 ölkə daxildir.