
Azərbaycanın iki sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 61 kq-da Əhmədnəbi Qvarzatilov 3-cü yer uğrunda gürcüstanlı Beka Lomtadze ilə üz-üzə gəlib. 7:9 hesabı ilə uduzan idmançı medal şansını əldən verib.
92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov isə Andril Vlasovla (Ukrayna) qüvvəsini sınayıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurməhəmmədov bürünc medal qazanıb.
---------------------------
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.
Rəqibinə 10:4 hesabı ilə qalib gələn 2 qat dünya və 7 qat Avropa çempionu adını finala yazdırıb.
Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.
--------------------------------------------
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.
Stadnik Rusiya təmsilçisi Yekaterina Poleşçuku məğlub edərək yarımfinala adlayıb.
68-də yarışan Elis Manolova 1/8 finalda Tindra Syöberqdən (İsveç) güclü olub, lakin növbəti raundda Nesrin Bas (Türkiyə) ilə dueldən məğlub ayrılıb.
Səbirə Əliyeva (76 kq) isə 1/4 finalda Epp Maeeyə (Estoniya) uduzub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
-----------------------------------------------------------------------
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq.
2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) ilə Səbirə Əliyevanın (76 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq.
Stadnik Rusiya, Əliyeva Estoniya, Manolova isə İsveç təmsilçisi ilə görüşəcək. Qadın güləşçilərdən Tatyana Varansova ilə İrina Netreba isə növbəti gün xalça üzərinə çıxacaq.
Avropa çempionatı
Qadın güləşi
21 aprel
50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya) - 11:0
1/2 final: Mariya Stadnik - Oksana Livaç (Ukrayna) - 10:4
Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan)
68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç) - 10:2
1/4 final. Elis Manolova - Nesrin Bas (Türkiyə) - 3:7
76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya) - 0:10
Bu gün eyni zamanda sərbəst güləşin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Əhmədnəbi Qvarzatilov (61 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) təsəlliverici, Osman Nurməhəmmədov (92 kq) bürünc medal görüşünə çıxacaq.
61 kq
Təsəlliverici görüş: Əhmədnəbi Qvarzatilov - Vladimir Yeqorov (Makedoniya) - 6:2
Bürünc medal görüşü. Əhmədnəbi Qvarzatilov - Beka Lomtadze (Gürcüstan) - 7:9
86 kq
Təsəlliverici görüş: Hacımurad Məhəmmədsəidov - Nazim Amin (San-Marino) - -:+
92 kq
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Andril Vlasov (Ukrayna) - 5:0
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.