Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 68 kq-da yarışan idmançı finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə qarşılaşıb.
Rəqibinə 5:3 hesabı ilə qalib gələn Manolova həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Onun qızıl medal uğrunda rəqibi Mimi Xristova (Bolqarıstan) olacaq.
Qeyd edək ki, bunadək qadın güləşçilərdən yalnız Mariya Stadnik (50 kq) Tokio olimpiadasına vəsiqə qazanıb. Bu, Azərbaycanın Oyunlara ümumilikdə 23-cü lisenziyası olub.
----------------------------------
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 86 kq-da mübarizə aparan 22 yaşlı idmançının rəqibi finlandiyalı Tapani Heyno olub.
Rəqibinə 8:3 hesabı ilə qalib gələn Abakarov 3-cü yeri tutub.
Azərbaycanın digər sərbəst güləşçisi Georgi Edişeraşvili (57 kq) isə zədə səbəbindən Taras Markoviçlə (Ukrayna) bürünc medal görüşünə çıxmayıb.
Qeyd edək ki, hər iki güləşçi finala yüksələ bilmədikləri üçün olimpiadaya lisenziya qazanmayıb.
----------------------------------------
Bu gün Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində qadın güləşçilər mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 5 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayır.
Onlardan 4-ü ilk görüşlərində məğlub olub və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
Türkan Nəsirova (53 kq) 1/8 final mərhələsində Luisa Melendresə (Ekvador), Alyona Kolesnik (57 kq) Nuraida Anarkulovaya (Qırğızıstan), Tatyana Omelçenko (62 kq) Luiza Nimeşə (Almaniya), Gözəl Zutova (76 kq) isə təsnifatda Katalina Axnteyə (Rumıniya) məğlub olub.
Yalnız Elis Manolova (68 kq) ardıcıl olaraq Aqoro Papavasileu (Yunanıstan) və Luz Klara Vaskesə (Argentina) qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə 3 sərbəst güləşçinin heç biri olimpiadaya vəsiqə qazana bilməyib. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə Bakı vaxı ilə saat 20:00-da start götürəcək.
-----------------------------------------
Bu gün Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində qadın güləşçiləri mübarizəyə qoşulacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 5 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayacaq.
Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova 1/8 final mərhələsində, Gözəl Zutova (76 kq) isə təsnifatda yarışa başlayacaq.
Dünya Təsnifat Turniri
7 may
53 kq
1/8 final: Türkan Nəsirova - Luisa Melendres (Ekvador) - 1:4
57 kq
1/8 final: Alyona Kolesnik - Nuraida Anarkulova (Qırğızıstan) - Tuşe
62 kq
1/8 final: Tatyana Omelçenko - Luisa Niemeş (Almaniya) - 1:1
68 kq
1/8 final: Elis Manolova - Aqoro Papavasileu (Yunanıstan) - 4:0
1/4 final: Elis Manolova - Luz Klara Vaskes (Argentina) - 2:2
1/2 final: Elis Manolova - Cəmilə Bakbergenova (Qazaxıstan) - 5:3
Final: Elis Manolova - Mimi Xristova (Bolqarıstan)
76 kq
Təsnifat: Gözəl Zutova - Katalina Axente (Rumıniya) - 2:5
Xatırladaq ki, güləşin bu növündə yeganə lisenziyanı 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) əldə edib.
Bu gün həmçinin sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq) və Abubakr Abakarov (86 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Sərbəst güləş
57 kq
Bürünc medal görüşü: Georgi Edişeraşvili - Taras Markoviç (Ukrayna)
86 kq
Bürünc medal görüşü: Abubakr Abakarov - Tapani Heyno (Finlandiya) - 8:3
Qeyd edək ki, ilk yarış günündə 3 sərbəst güləşçi lisenziya qazana bilməyib. Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.