Azərbaycan və Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət milliləri birgə təlim-məşq toplanışı keçirib.
Sportnet.az-ın məlumatına görə, mayın 10-da start götürən müştərək hazırlıq prosesi iki həftə davam edib. Bakıda keçirilən toplanış zamanı həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə çalışmalar həyata keçirilib. Olimpiya Güləş Mərkəzindəki təlimlər hər iki komanda üçün faydalı alınıb.
İyunun son günlərində Almaniyanın Dortmund şəhərində keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışla bağlı qonaq komandanın baş məşqçisi Ruşen Çetin və yerli yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib. Onlar təlimlərdən razılıqla danışıblar: