
Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində qızıl medal qazanb.
Sportnet.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb. Ardıcıllıqla Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edən titullu idmançı finalda Oksana Livaçla qarşılaşıb.
Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.