
Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə II "Turkish open” turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, 70 ölkədən 1200 idmançının qatıldığı G1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurla başa çatıb.
"Turkish open”ə 46 taekvondoçu ilə qatılan yığmamız turnirdən 1 qızıl, 1 gümüş və 6 bürünc medalla ayrılıb.
Qeyd edək ki, turnir 3 gün davam edib.