Azərbaycan milli komandasının karateçisi İrina Zaretska Çexiyanın Plzen şəhərində beynəlxalq turnirin ikiqat qalibi olub.
Sportnet.az-ın məlumatına görə, o, 68 kq çəki dərəcəsindən əlavə mütləq çəkidədə rəqiblərini məğlub edib.
"Qara Qaplan" klubunun üzvü Veronika Qaşnikova isə 47 kq-da qızıl medal qazanıb.
Karateçilər beynəlxlaq turnirdə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında iştirak ediblər.
Qeyd edək ki, İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.