
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 51 kq-da çıxış edən Məsud Yusifzadə puerto-rikolu Yankiel Rivera ilə üz-üzə gəlib.
Qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılan idmançı 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, sabah baş tutacaq 1/4 final görüşlərində Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.
Yusifzadədən başqa, Sərxan Əliyev (71 kq) Obed Bartilə (ABŞ), Alfonso Dominges (86 kq) Şarabutdin Atayevlə (Rusiya), Məhəmməd Abdullayev isə (+92 kq) Narenderlə (Hindistan) münasibətinə aydınlıq gətirəcək.
---------------------------------------------
Azərbaycan boksçusu Mirşərif Kazımzadə Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb.
Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.
Qeyd edək ki, bu gün daha 1 boksçu 1/4 finala vəsiqə uğrunda döyüş keçirəcək. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə qüvvəsini sınayacaq.