
Azərbaycan bokçusu Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatında ikinci görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan ölkə çempionu gürcüstanlı Luka Nikabadzenin ardınca Xorvatiya təmsilçisi Alen Ahmetoviçi də yarışdan kənarlaşdırıb.
Boksçu 1/8 final mərhələsidə ev sahibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.
İsgəndərov 1/4 final qarşılaşmasına martın 19-da çıxacaq. Onun rəqibi fransalı Hüqo Qrau ilə olacaq.
Qeyd edək ki, bu gün axşam seansında yığmanın digər üzvü Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq.