Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.
Sportnet.az məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada Aslı Demiri (Türkiyə) məğlub edib.
Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) ilə görüşəcək.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi dünya çempionatında mübarizəyə başlayır.