Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 74 kq-da Cəbrayıl Qadjiyev macarıstanlı Murad Kuramaqomedova 5:0 hesabı ilə qalib gələrək 3-cü yeri tutub.
Beləliklə, sərbəst güləşçilər reytinq turnirinin ilk gününü 5 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.
------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən "Zaqreb Open"də final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 70 kq-da yer alan üçqat dünya və üçqat Avropa çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib.
Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə edib.
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.
Sportnet.az-n məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəki dərəcəsində yer alan İslam Bazarqanov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Beka Bujiaşviliyə sonuncu xal prinsipinə əsasən uduzub - 4:4.
65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal görüşündə yaponiyalı Ryoma Anrakunu 12:1 hesabı ilə üstələyib.
--------------------------------------
Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada start götürən "Zaqreb Open"də finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 57 kq-da mübarizə aparan Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.
70-da çıxış edən Əliyev isə 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.
Yığmanın 5 üzvü isə bürünc medal qarşılaşmasına çıxacaq. 57 kq-da İslam bazarqanov Bujiaşvili, 65 kq-da Əli Rəhimzadə yaponiyalı Ryoma Anraku, 70 kq-da Xadjimurad Qadjiyev hindistanlı Vişal Kaliramana, 74 kq-da Cəbrayıl Qadjiyev macarıstanlı Murad Kuramaqomedov, 86 kq-da Abubakr Abakarov isə ABŞ-dan olan Mark Hol ilə üz-üzə gələcək.
Medal görüşləri bu gün keçiriləcək.
Qeyd edək ki, "Zaqreb Open" fevralın 5-də başa çatacaq.