Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək.
İİSportnet.az-ın məlumatına görə, nsbrukda 2 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu çıxış edəcək. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu gün İnsbruka yollanan komanda aprelin 3-də Bakıya qayıdacaq.