Yüngül çəkidə UFC çempionu Leon Edvards böyük futbolda debüt edəcək.
Sportnet.az xəbər verir ki, britaniyalı döyüşçü keçmiş ulduzlara qarşı xeyriyyə matçında məşhur komandanın qapıçısı olacaq. Toplanan bütün vəsait UNICEF-ə göndəriləcək.
Qeyd edək ki, Leon Edvards karyerası ərzində 24 döyüş keçirib və onların 21-ni qələbə ilə başa vurub.