"Əsas məqsədim Azərbaycanda qızıl medal qazanmaqdır".
Sportnet.az xəbər verir ki, bunu braziliyalı taekvondoçu Larisa Rossi Bakıda keçiriləcək dünya çempionatındakı hədəfləri barədə danışarkən deyib.
53 kq-da çıxış edən 23 yaşlı idmançı bildirib ki, mundialda birinci yeri tutmaqla arzusunu həyata keçirmək istəyir: "Döyüşçü kimi ən güclü tərəfim zehnimdir. Dayanq üzərinə çıxanda çox aqressiv olur, ən yaxşı döyüşümü göstərmək istəyirəm. Rəqiblərimə böyük hesabla qalib gəlməyi xoşlayıram".
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.