
Azərbaycan millisinin daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.
Sportnet.az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges 1/16 finalda Stepan Qrekula (Ukrayna) 3:0 hesabı ilə qalib gəlib.
Onun 1/8 finalda rəqibi Belarus təmsilçisi Mixail Dovqalivets olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq.
---------
Azərbaycanın daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, Cavid Çələbiyev (60 kq) 1/16 final döyüşündə qüvvəsini sınayıb. “Uruçye Arena”dakı görüşdə onun rəqibi Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç olub. Çələbiyev rəqibinə 5:0 hesabı ilə qalib gəlib.
Dünya çempionunun 1/8 finaldakı rəqibi az sonra keçiriləcək Dorin Buska (Moldova) – Roland Qaloş (Macarıstan) cütü arasındakı görüşdən sonra müəyyənləşəcək. Çələbiyev növbəti döyüşünü iyunun 25-də keçirəcək.
----------
Azərbaycan milli komandasının daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.
Sportnet.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı ilk döyüşünü keçirib.
O, “Uruçye Arena”da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Rəqib Giorgi Harabadze (Gürcüstan) olub. Şahsuvarlı 4:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, növbəti mərhələdə Mark Dikinsona (Böyük Britaniya) 3:2 hesabı ilə qalib gələn Maykl Nevin (İrlandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.
-----------
Azərbaycan boksçusu Lorenzo Sotomayor “Minsk 2019” II Avropa Oyunlarında Ermənistandan olan rəqibini üstələyib.
Sportnet.az xəbər verir ki, 69 kq çəkidə çıxış edən Kuba əsilli döyüşçü 1/16 finalda Qurqen Madoyanı 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Sotomayor 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) qarşılaşacaq.