
Rusiyanın paytaxtı Moskvada 16-18 apreldə keçirilməli olan taekvondo və parataekvondo üzrə Avropa Təsnifat Turniri koronavirusa görə təxirə salınıb.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya millisinin baş məşqçisi Vadim İvanov deyib. Onun sözlərinə görə, hər iki yarış mayın ortalarında təşkil olunacaq.
Qeyd edək ki, Avropa Təsnifat Turniri daha əvvəl İtaliyanın Milan şəhərində keçirilməli olsa da, sonradan Avropa Taekvondo Birliyi yarışın Moskvaya salınmasına qərar vermişdi.
Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.