"Qarabağ"ın Hollandiyada "Tvente" ilə keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün baş hakimi Paolo Silvio Matsoleni Azərbaycan milli komandasının da oyununu idarə edib. Sportnet.az-ın məlumatına görə, italiyalı referi 11 noyabr 2011-ci ildə Albaniya və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşünün baş hakimi olub.
Həmin matç 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Görüşdə vurulmuş qola Rauf Əliyev imza atıb. Bu matçda "Qarabağ"ın hazırkı futbolçularından Vüqar Nadirov millimizin heyətində 63 dəqiqə, Admir Teli və Ansi Aqoli isə Albaniya millisində sonadək meydanda olublar.
Ümumiyyətlə, Matsoleni 1 iyun 1974-cü ildə anadan olub. O, 2005-ci ildən İtaliya A seriyasının oyunlarına təyinat alıb, 2011-ci il yanvarın 1-dən beynəlxalq dərəcəli hakimdir, indiyədək 17 beynəlxalq oyun idarə edib.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək "Tvente" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.