Azərbaycanlı beynəlxalq dərəcəli referi Əliyar Ağayev Maltada 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının final mərhələsində debüt edib. Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağayev meydan sahibləri ilə Hollandiya arasındakı oyununun baş hakimi olub.
Ona kömək edən yan xətt hakimlərindən biri ermənistanlı Mesrop Qazaryan olub. Daha bir laynsman qismində isə norveçli Daq-Roccer Nobben yer alıb.
Görüş kifayət qədər məhsuldar alınıb. Amma "zanbaqlar ölkəsi” təmsilçilərinin 5:2 hesabı ilə qalib gəldiyi görüşdə Ağayev cəmi bir sarı vərəqəyə zərurət duyub. Bu, matçın 59-cu dəqiqəsinə təsadüf edib. Həmyerlimiz rəsmi xəbərdarlığı Malta yığmasının futbolçusuna edib.
Ceyhun ƏLİYEV
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |