
Güləş üzrə yeniyetmə və gənclərdən ibarət yığma
komandalarımız təqvim planına uyğun olaraq təlim-məşq toplanışlarını davam
etdirir. Sportnet.az-ın məlumatına görə, noyabrın
1-dən etibarən isə, yığma komandalarımızla birgə təlim-məşq toplanışında
Yaponiya güləşçiləri də iştirak edir.
Yaponiyanın bir qrup yeniyetmə
yunan-Roma, həmçinin yeniyetmə və gənclərdən ibarət qadın güləşçiləri ölkəmizdə
səfərdədir.
Ümumilikdə
11 yapon güləşçisinin iştirak etdiyi təlim-məşq toplanışı noyabrın 7-dək davam
edəcək.












