
Portuqaliyanın "Braqa" klubu baş məşqçisi Daniel Sousa ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Daniel Sousa may ayından komandaya rəhbərlik edirdi. Onunla 2 illik sözləşmə imzalanmışdı. "Braqa" ötən gün ölkə çempionatının I turunda "Eştrela" ilə heç-heçə edib - 1:1.