
Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun tarixinə düşüb.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ən çox titul qazanan oyunçu adına sahib çıxıb.
O, son olaraq ötən gün komanda ilə UEFA Superkubokuna sahib çıxıb. Bu Modriçin "kral klubu"nda 27-ci tituludur.
İkinci sırada klubun sabiq oyunçuları Dani Karvahal və Naço Fernandes (hər ikisi 26 titul) qərarlaşıblar. İlk "üç-lüy"ü "Real"ın keçmiş futbolçuları Kərim Benzema ilə Marselo (hər ikisi 25) tamamlayırlar.
Qeyd edək ki, "Real" tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanmaqla rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarının beş belə mükafatı var.