"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klub rəhbərliyinə karyerasını başqa yerdə davam etdirmək istədiyini bildirib.
Sportnet.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Xəbərə görə, baş məşqçi Hans-Diter Flik və idman direktoru Deko 33 yaşlı futbolçunun komandanı tərk etmək planlarından artıq xəbərdardır.
Gündoğan La Liqanın 1-ci turunun "Valensiya" ilə matçında heyətdə yer almayıb.
Gündoğanın xidmətində Səudiyyə Ərəbistanı və Türkiyə klublarının maraqlı olduğu bildirilir.