Türkiyənin "Qalatasaray" klubu itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Barış Alper Yılmaz İsveçrədə "Yanq Boyz"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda meydana çıxmayacaq.
Ürəkbulanma, qusma və qida zəhərlənməsi aşkarlanan 24 yaşlı vinger səfərə yollana bilməyib.
Qeyd edək ki, avqustun 21-də təşkil olunacaq "Yanq Boyz" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab matçı bir həftə sonra olacaq.