"Azərbaycanla matçda zəif oynadıq. Matçdan əvvəl istədiklərimizi meydanda edə bilmədik”.
Sportnet.az xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Lukaş Haraslin deyib.
Millətlər Liqasının Bakıdakı oyununda yığmamızın qapısına qol vuran futbolçu qarşılaşma haqda fikirlərini bildirib: “Azərbaycan millisi bizə təhlükələr yaradırdı. Buna görə bir az diqqətli oynamalı olduq. Amma sonda oyuna nəzarət etməyə çalışdıq. Layiqli qələbə qazandıq. Lakin bu səviyyədən daha da irəli getməyə çalışırıq”.
Qeyd edək ki, Slovakiya Bakıda 3:1 hesablı qələbə qazanıb.