Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, forvard qasıq nahiyyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Dadaşovun 4-6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Renat bu mövsüm "Ankaragücü"nün heyətində 9 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib.