Türkiyənin "Beşiktaş" komandası İngiltərə təmsilçisi "Arsenal"ın futbolçusu Tomas Parteyi heyətinə qatmaq istəyir.
Sportnet.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 31 yaşlı yarımmüdafiəçini transfer etmək üçün artıq hərəkətə keçib.
"Ağ qaralar" qanalı oyunçunu qış "transfer pəncərəsi"ndə sıralarına cəlb etməyi düşünür.
Qeyd edək ki, T.Parteyin "topçular"la olan müqaviləsi yayda başa çatacaq. O, "Arsenal"ın heyətində cari mövsüm 8 oyunda meydana çıxıb və 1 qol vurub.