
İtaliyanın “İnter” klubu iki futbolçusunun müqaviləsini uzadıb.
Sportnet.az xəbər verir ki, Milan təmsilçisi Françesko Açerbi və Matteo Darmianı heyətində saxlamağa qərar verib.
Müdafiəçilərin yeni anlaşmaları 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Hər iki oyunçunun əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.
Qeyd edək ki, Darmian 2020-ci, Açerbi 2022-ci ildən “İnter” forması geyinir.