Avrokuboklarda bu həftə baş tutacaq oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Sportnet.az UEFA-ya istinadən xəbər verir ki, İspaniyada baş verən daşqınlar nəticəsində həyatını itirən insanların ruhunun anılmasına görə sükut elan ediləcək.
"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin IV turunda noyabrın 7-də Norveçdə “Budö/Qlimt”lə üz-üzə gələcək.
Üç turdan sonra Azərbaycan çempionunun aktivində xal yoxdur.