
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Tolisso toru silkələyib. 68-ci dəqiqədə Malik Fofana meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.
Avropa Liqası
Liqa mərhələsi, V tur
28 noyabr
21:45. “Qarabağ” - “Lion” - 1:4
Qollar: Olavio Juninyo, 88 (pen.) - Jorj Mikautadze, 15; 80. Korinton Tolisso, 63. Malik Fofana, 68
Baş hakim: Nenad Minakoviç (Serbiya)