Almaniyanın “Haydenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Karlsrue”dən Budu Zivzivadzeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcüstan millisinin hücumçusu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zivzivadze bu mövsüm 2-ci Bundesliqa təmsilçisində 17 oyunda 12 qol vurub.