2024-cü ilin ən yaxşı bombardirləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, İFFHS bütün turnirlər nəzərə alınmaqla ən çox qol vuranların cədvəlini tərtib edib.
İsveç millisinin və “Sportinq”in hücumçusu Viktor Dyökereş ilin ən məhsuldar oyunçusu olub. O, 62 qola imza atıb.
Erlinq Holann 49 qolla 2-ci, Harri Keyn 46 topla 3-cü olub. Kriştianu Ronaldu 43 qolla “dördlüy”ü qapayıb. Lionel Messi 29 qolla 44-cü yeri tutub.
Qeyd edək ki, ümumi siyahıda ən azı 28 qol vuran 57 futbolçu yer alıb.
1. Viktor Dyökereş - 62
2. Erlinq Holann – 49
3. Harri Keyn – 46
4. Kriştianu Ronaldu – 43
5. Robert Levandovski – 42
6. Vu Ley – 42
7. Ayub El-Kaabi – 41
8. Conatan Devid – 41
9. Rafaelson – 40
10. Akram Afif – 39