"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Arsenal"ına qalib gəldikləri İngiltərə Kubokunun 1/32 final matçında qapıçı Altay Bayındırın çıxışı barədə danışıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əsas vaxtda və penaltilər seriyasında 11 metrlik iki zərbəni dəf etmiş türkiyəli qolkiperi tərifləyib.
"Altayın Liqa Kubokunda "Tottenhem"ə qarşı çıxışı çətin alınmışdı. Amma o, eyni şeyləri məşqlərdə etməyi sürdürürdü. Ola bilsin, gülümsəmirdi, amma yenə işləyirdi. Bu gün isə Bayındır bizim qəhrəmanımızdır".
Qeyd edək ki, "Arsenal" ilə qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə "Mançester Yunayted" daha dəqiq olub - 5:3. 1/16 finalda "qırmızı şeytanlar" "Lester"i qəbul edəcək. Bu mərhələnin oyunları 8-9 fevralda olacaq.