“Neftçi” 2 futzalçı ilə anlaşıb.
Sportnet.az paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Qasanov Rusiyanın “Norilski Nikel” komandasından gəlib.
Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadeq Caviditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.