Azərbaycan Premyer Liqasında 50 qol həddinə çatan "Qarabağ" komandası Avropanın "böyük beşlik" klubları ilə müqayisə olunacaq unikal göstəriciyə imza atıb.
Sportnet.az-ın məlumatına görə, Ağdam klubu buna 19 tur ərzində nail olub.
"Böyük 5-lik" çempionatlarında belə yüksək məhsuldarlıqla Almaniyanın "Bavariya" (56 qol), İspaniyanın "Barselona" (52 qol), İtaliyanın "İnter" (51 qol) və İngiltərənin "Liverpul" (50 qol) klubları öyünə bilər. "Bavariya" 50 qol həddini Bundesliqada 17-ci, "Barselona" La Liqada 16-cı, "İnter" A Seriyasında, "Liverpul" isə Premyer Liqada 21-ci turda keçib. Fransada isə hələlik 18 tur arxada qalıb və heç bir klub 50 qol vura bilməyib.
Qeyd edək ki, "Qarabağ"ın aktivinə 50-ci qol "Şamaxı" ilə görüşdə avtoqolla yazılıb. Ağdam komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə rəqib müdafiəçi Cəlal Hüseynov topu öz qapısına göndərib. Bununla da Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv həm də 50-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib.