Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Səbail"i sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Hesabı 29-cu dəqiqədə meydan sahibləri açıblar. Alexandro Serrano topu dəqiq zərbə ilə qapıdan keçirib. Tovuz təmsilçisi 43-cü dəqiqədə meydanda azlıqda qalıb. Müdafiəçi Kauan Martins sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə görüb. İlk hissə ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən oyunun sonlarına yaxın xilas olublar. Madi Keta sağ cinahdan gələn hava ötürməsi zamanı topu baş zərbəsi ilə tora qovuşdurub və yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını xallarını 36-ya çatdıran “Turan Tovuz” 3-cü pilləyə yüksəlib. “Səbail” isə 16 xalla sonuncu, yəni 10-cu pillədə qərarlaşıb.
Günün digər görüşündə "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Matçın start fiti saat 18:30-da səslənəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 2-də "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XXI tur
1 fevral (şənbə)
16:00. “Turan Tovuz” – “Səbail” - 1:1
Qollar: Alexandro Serrano, 29 - Madi Queta, 82
Qırmızı vərəqə: Kauan Martins, 45+2
Baş hakim: Tural Qurbanov