“Zirə”nin futbolçusu Salifu Suma Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb.
Sportnet.az xəbər verir ki, Ukrayna nəhəngi 21 yaşlı qvineyalı hücumçunu transfer etmək istəyir.
“Dinamo”nun keçid üçün 800 min avrodan 1 milyona qədər ödəyəcək. Transferin yaxın müddətdə gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü ilin yayında “Havr”dan “Zirə”yə keçən Suma cari mövsümün 23 matçında 4 qol vurub. İki gün əvvəl Bakı klubu ilə yeni müqavilə imzalayan forvardın anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub.