![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739265948_vi.jpg)
İspaniyalı məşhur jurnalist Edu Agirre "Real"in ulduz futbolçusu Vinisius Juniorun gələcəyi ilə bağlı gizli məlumatları paylaşıb.
Sportnet.az xəbər verir ki, o, braziliyalı hücumçunun mövsümün sonunda Madrid təmsilçisindən ayrılacağını yazıb:
“Vinisius "kral klubu"ndan yalnız Səudiyyə Ərəbistanına gedəcək, bu, yeganə seçimdir. Bu yay əsl xaos olacaq".
Xatırladaq ki, "The Athletic" daha əvvəl Vinisius Juniorun "Real"la müqaviləsini uzatmaqdan imtina etdiyini yazmışdı. Ona ərəblər tərəfindən illik 15 milyon avro təklif edildiyi iddia olunur.
Bu mövsüm Vinisius klubda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.