
Futbol üzrə Haiti millisi Bakıya gəlib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin rəqibini gətirən təyyarə axşam saatlarında paytaxtımıza eniş edib.
Haiti martın 22-də keçiriləcək yoldaşlıq oyununun hazırlığını bu gündən ölkəmizdə davam etdirəcək.
Görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.
Qeyd edək ki, matça saat 21:45-də start veriləcək.