
Azərbaycan millisinin bu gün Belarusla keçirəcəyi yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.
Bu barədə Sportnet.az AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Masazırda yerləşən, 8900 azarkeş tutumuna malik "Bank Respublika Arena"da baş tutacaq görüşə 2000 bilet satılıb.
Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.