
Azərbaycan l Liqasında XIX turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, çempionatın lideri "Qəbələ" son zamanlar yüksəlişdə olan "Mingəçevir"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.
Bu qələbə sayəsində xallarını 49-a çatdıran "Qəbələ" çempionluğa doğru daha bir addım atıb.
"Qırmızı-qaralar"ın liderliyini daha da möhkənləndirməsində "Karvan"ın "Baku Sporting"lə 1:1 hesablı heç-heçə etməsi də rol oynayıb. Nəticədə Yevlax komandası ilk pillədən 14 xal geri düşüb.
Əvəzində "İmişli" "Cəbrayıl"ı iki cavabsız topla məğlub edərək, "Karvan"la xal fərqini minimuma endirib.
28 mart (cümə)
15:30. “İmişli” – “Cəbrayıl” - 2:0
Qollar: Pablo Alveş, 38; Seyxan Fərəcov, 69 (pen.)
16:00. “Qəbələ” – “Mingəçevir” - 2:0
Qollar: Domi Massumo, 33; Murad Musayev, 42
27 mart (cümə axşamı)
“Zaqatala” – “Qaradağ Lökbatan” - 0:0
MOİK – “Difai” - 1:3
Qollar: Cavid Tağıyev, 90+1 - Kristian Kamta, 3; Muhammed Alfa, 38; Fərid Kərimzadə, 90+3
“Karvan” – “Bakı Sportinq” - 1:1
Qollar: Ezekiel Morqan, 75 (pen.) - Luka Stevanoviç, 57